İDMAN


Futbol üzrə İspaniya Super Kubokunun qalibi müəyyənləşib

“Barselona” tarixində 13-cü dəfə İspaniya Super Kubokunu qazanıb

Bakı, 13 avqust, AZƏRTAC

Futbol üzrə İspaniya Super Kubokunun qalibi müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, Mərakeşin Tancer şəhərində təşkil olunmuş görüşdə qalib adı uğrunda “Barselona” ilə “Sevilya” mübarizə aparıb.

Qarşılaşmada hesabı “Sevilya” açıb. 9-cu dəqiqədə Pablo Sarabia fərqlənib. Lakin 42-ci dəqiqədə Jerar Pike tarazlığı bərpa edib. 78-ci dəqiqədə Usman Dembelenin vurduğu daha bir qol Kataloniya klubuna 2:1 hesablı əzmkar qələbə və Super Kubok qazandırıb. Bu, “Barselona”nın tarixində 13-cü Super Kubok zəfəridir.

Qeyd edək ki, Erneste Valverdenin baş məşqçi olduğu komanda ötən mövsüm həm çempionluq, həm də ölkə kubokunu qazanıb. Kubokun finalında "Barsa" məhz "Sevilya"nı 5:0 hesabı ilə yenib. Qaydalara əsasən, hər hansı komanda "qızıl dubl" etdikdə, Superkubok matçında finalçı ilə qarşılaşmalıdır.

Xatırladaq ki, Kataloniya klubu 1983, 1991, 1992, 1994, 1996, 2005, 2006, 2009, 2010, 2011, 2013 və 2016-cı illərdə də İspaniya Super Kubokunu başı üzərinə qaldırmışdı. “Sevilya” isə cəmi bir dəfə - 2007-ci ildə Super Kubokda qələbə sevinci yaşayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.