İDMAN


Futbol üzrə İtaliya Superkuboku uğrunda oyun Səudiyyə Ərəbistanında keçiriləcək

Bakı, 6 iyun, AZƏRTAC

Futbol üzrə İtaliya Superkuboku uğrunda “Yuventus” və “Milan” komandaları arasında oyun Səudiyyə Ərəbistanında keçiriləcək.

AZƏRTAC “Calciomercato” saytına istinadla xəbər verir ki, komandaların görüşünün avqustda keçirilməsi nəzərdə tutulsa da, matçın vaxtı 2019-cu il yanvarın 13-nə dəyişdirilib. Beləliklə, görüş həmin tarixdə Səudiyyə Ərəbistanının Ciddə şəhərində oynanılacaq.

Bununla əlaqədar əldə olunan razılaşmaya əsasən, Səudiyyə Ərəbistanı Futbol Federasiyası İtaliya Futbol Federasiyasına 7 milyon avro vəsait ödəyəcək. Məbləğin 45 faizinin “Yuventus” və “Milan” komandaları arasında bölüşdürülməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.