İDMAN


Futbol üzrə İtaliya millisinin Avropa çempionatında iştirak edəcək yekun heyəti açıqlanıb

Bakı, 2 iyun, AZƏRTAC

Futbol üzrə İtaliya millisinin Avropa çempionatında iştirak edəcək yekun heyəti açıqlanıb.

AZƏRTAC xəbər verir ki, baş məşqçi Roberto Mançini milliyə 26 futbolçu çağırıb.

Heyətdə qapıçılardan Canluici Donnarumma (“Milan”), Aleks Meret (“Napoli”) və Salvatore Siricu (“Torino”) yer alıblar. Müdafiəçilərdən Françesko Açerbi (“Latsio”), Alessandro Bastoni (“İnter”), Leonardo Banuççi, Corco Kyellini (“Yuventus”), Covanni Di Lorenso (“Napoli”), Emerson Palmeri (“Çelsi”), Alessandro Florenzi (“Paris Sen-Jermen”), Leonardo Spinatsola (“Roma”), Rafael Toloy (“Atalanta”) heyətə cəlb olunublar. Baş məşqçi yarımmüdafiə xətti üçün komandada Nikolo Borella, Stefano Sensi (“İnter”), Brayan Kristante, Lorenso Pelleqrini (“Roma”), Manuel Lokatelli (“Sassuolo”), Marko Verratti (“Paris Sen-Jermen”) və Jorjinyoya (“Çelsi”) şans verib. Hücumçulardan isə Andrea Belotti (“Torino”), Domeniko Berardi, Cakomo Raspadori (“Sassuolo), Federiko Bernardeski, Federiko Kieza (“Yuventus”), Ciro İmmobile (“Latsio”) və Lorenso İnsinya (“Napoli”) heyətə cəlb olunublar.

“Avro-2020” bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək. İtaliya millisi Türkiyə, Uels və İsveçrə seçmələri ilə birlikdə A qrupunda mübarizə aparacaq. Dördqat dünya çempionları bu komandalarla doğma meydanda - Romada qarşılaşacaq.

Bakı Olimpiya Stadionu A qrupunun üç görüşünə və dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edəcək. Belə ki, iyunun 12-də Uels-İsveçrə, 16-da Türkiyə-Uels, 20-də İsveçrə-Türkiyə qarşılaşmaları Bakıda oynanılacaq. Dörddəbir final mərhələsinin qarşılaşması isə Bakıda iyulun 3-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.