İDMAN


Futbol üzrə Misir millisinin kapitanı öz xalqından üzr istəyib

Futbol üzrə Misir millisinin kapitanı öz xalqından üzr istəyib

Qahirə, 20 iyun, AZƏRTAC

Misir milli komandasının kapitanı Essam əl-Hadari futbol üzrə dünya çempionatında ikinci görüşdə ev sahibi Rusiyaya 1:3 hesabı ilə məğlub olduqları üçün öz xalqından üzr istəyib.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, komandanın qapıçısı üzrxahlığını Misir xalqına çatdıraraq deyib: “Heç bir futbolçu və baş məşqçi uduzmaq istəməz. Növbəti mərhələyə yüksəlmək şanslarımızı qorumaq üçün qalib gəlmək niyyətində idik və bundan ötrü bütün futbolçular əllərindən gələni etdilər. Amma bu, futboldur və hərdən uğur sənin tərəfində olmur”.

Essam əl-Hadari Misir yığmasının əvvəlki uğurlarını davam etdirməyə qadir olduğunu və komandada kütləvi dəyişikliklərin edilməsinin zəruriliyini vurğulayıb: “Bu komanda çoxlu nailiyyətə imza atıb. Bu uğurların gələcəkdə də davam etməsi əhəmiyyətlidir”.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.