İDMAN


Futbol üzrə Polşa çempionatında cari mövsümün qalibi müəyyənləşib

Bakı, 29 aprel, AZƏRTAC

Futbol üzrə Polşa çempionatında cari mövsümün qalibi müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, bu mövsümün qalibi adına “Legiya” klubu yiyələnib. Komanda ən yaxın izləyicisi “Rakuv”la səfərdə 0:0 hesablı heç-heçə edib. Bununla da Varşava təmsilçisi çempionatın bitməsinə 3 tur qalmış “Rakuv” və “Poqon”u 9 xal qabaqlayaraq birinci yeri təmin edib. Yekunda xallar bərabər olsa belə, “Legiya” əlavə göstəricilərdə rəqiblərini qabaqlayacaq.

Beləliklə, Varşava təmsilçisi ardıcıl 2-ci, tarixində 15-ci dəfə ölkə çempionu olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.