İDMAN


Futbol üzrə Qazaxıstan yığmasının baş məşqçisi: Qrup qalibi olsaq da Bakıda keçiriləcək oyuna ciddi hazırlaşmışıq

Bakı, 24 sentyabr, AZƏRTAC

Qrup qalibi olsaq da Bakıda keçiriləcək oyuna ciddi hazırlaşmışıq. Rəqibin potensialına yaxşı bələd olduğumuz üçün gedişatı öz xeyrimizə dəyişməyə çalışacağıq.

AZƏRTAC xəbər verir ki, bunu Qazaxıstan yığmasının baş məşqçisi Məhəmməd Adıyev Bakıda Azərbaycana qarşı keçiriləcək UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu tur oyunundan əvvəl mətbuat konfransında bildirib.

Yenidən Bakıda olmağından məmnunluq duyduğunu deyən 45 yaşlı mütəxəssis qeyd edib ki, Azərbaycan yığmasının Slovakiyaya qalib gəldiyi matçı izləyib. M.Adıyev Azərbaycan komandasının çox yaxşı təsir bağışladığını və əvvəlki qarşılaşmalarla müqayisədə oyun sxemində fərqlilik olduğunu da vurğulayıb: “Azərbaycan millisinin Slovakiya üzərində qələbəsi sürpriz olmadı. Azərbaycan yığması son qarşılaşmada komanda şəklində oynadı və qələbə qazandı”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.