İDMAN


Futbol üzrə Türkiyə milli komandası karantinə alınıb

Bakı, 12 noyabr, AZƏRTAC

Futbol üzrə Türkiyə yığması Rivadakı Hasan Doğan adına Təlim-Məşq Bazasında karantinə alınıb.

AZƏRTAC xəbər verir ki, buna səbəb millinin baş məşqçisi Şenol Güneş və bəzi futbolçuların noyabrın 11-də evdə Xorvatiya ilə yoldaşlıq matçında (3:3) qonaq komandanın koronavirusa yoluxmuş müdafiəçisi Domaqoy Vida ilə yaxın təmasda olmasıdır.

Yığma üzvləri, məşqçilər heyəti və digər işçilərin qarşıdakı oyunadək hər gün koronavirus testindən keçiriləcəyi bildirilib.

Qeyd edək ki, UEFA Millətlər Liqasının beşinci turu çərçivəsində noyabrın 15-də Türkiyə millisi Rusiya yığmasını qəbul edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.