İDMAN


Futbol üzrə Uels milli komandasının nümayəndələri Bakıda səfərdədir

Bakı, 24 fevral, AZƏRTAC

Futbol üzrə “Avro-2020”nin A qrupunda Türkiyə və İsveçrə millilərinə qarşı oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək Uels milli komandasının nümayəndələri Bakıda səfərdədir.

AZƏRTAC xəbər verir ki, baş məşqçi Rayan Giqqz, media və marketinq meneceri İan Guiyn Hughes, təhlükəsizlik departamentinin rəisi Qrant Aşton Briggs və kit menecer David Tudor Griffitsin daxil olduğu nümayəndə heyəti hotellərə və stadionlara baxış keçirəcək, infrastrukturla tanış olacaqlar.

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Uels millisinin baş məşqçisi R.Giqqzlə görüşüb. Görüşdə “Avro-2020”nin Bakıda keçiriləcək oyunları ilə bağlı fikir mübadiləsi aparılıb, qarşılaşmaların yüksək səviyyədə təşkil olunacağına əminlik ifadə olunub.

Xatırladaq ki, E.Məmmədov bir müddət əvvəl Bakıda səfərdə olmuş Türkiyə millisinin baş məşqçisi Şenol Güneşlə də görüşmüşdü.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.