İDMAN
Futbol üzrə dünya çempionatı: Polşa yığması Səudiyyə Ərəbistanı komandasını məğlub edib
Bakı, 26 noyabr, AZƏRTAC
Qətərdəki futbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, C qrupunda Polşa yığması Səudiyyə Ərəbistanı komandası ilə üz-üzə gəlib. Görüş Polşa seçməsinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Belə ki, qarşılaşmada ilk qolu 39-cu dəqiqədə Pyotr Zelinski vurub. Avropa təmsilçisinin kapitanı Robert Levandovski 82-ci dəqiqədə ikinci qolu rəqibin qapısından keçirib.
Bu qrupun digər oyunu saat 23:00-da Argentina və Meksika yığmaları arasında olacaq.
Qeyd edək ki, günün ilk oyununda - D qrupunda Avstraliya yığması Tunis komandasını 1:0 hesabı ilə məğlub edib. D qrupundakı digər oyunda Fransa və Danimarka komandaları qarşılaşacaqlar. Matç saat 20:00-da başlayacaq.