İDMAN


Futbol üzrə dünya çempionatı: Seneqal və Niderland komandaları növbəti mərhələyə yüksəliblər

Bakı, 29 noyabr, AZƏRTAC

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatının qrup mərhələsində bu gün üçüncü turun oyunları başlayıb.

AZƏRTAC xəbər verir ki, Lui Van Qalın baş məşqçi olduğu Niderland millisi dünya çempionatında səkkizdəbir final mərhələsinə yüksəlib. Komanda A qrupunun sonuncu turunda Qətər yığması ilə qarşılaşıb. Görüş yığmanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları matçın 26-cı dəqiqəsində Kodi Qakpo, 49-cu dəqiqədə isə Frenki de Yonq vurublar.

Bununla da Niderland komandası 7 xalla qrup lideri kimi növbəti mərhələyə vəsiqə qazanıb.

Çempionatın digər matçında Seneqal Ekvadorla görüşüb. Qarşılaşma Seneqalın 2:1 hesablı qələbəsi ilə bitib. Yığmanın qollarını 44-cü dəqiqədə penaltidən İsmaila Sarr və 70-ci dəqiqədə Kalidu Kulibali vurublar. Rəqib komandada isə 67-ci dəqiqədə Moises Kaysedo fərqlənib.

Qeyd edək ki, Seneqal kollektivi 6 xalla qrup ikincisi kimi pley-offa vəsiqə qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.