İDMAN
Futbol üzrə dünya çempionatında sonuncu yarımfinalçı müəyyənləşmişdir
Niderland millisi Kosta-Rika yığmasını məğlub etmişdir VİDEO
Bakı, 6 iyul (AZƏRTAC). Braziliyada təşkil olunan futbol üzrə XX dünya çempionatında sonuncu dörddəbir final qarşılaşması keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Salvador şəhərindəki “Arena Fonte Nova” stadionunda Niderland və Kosta-Rika milliləri qarşılaşmışdır.
Niderland millisinin üstünlüyünün müşahidə olunduğu matçın əsas hissəsində və əlavə edilmiş vaxtda hesab açılmamışdır.
Qalibi müəyyənləşdirmək üçün qapılara təyin olunmuş on bir metrlik cərimə zərbələri seriyasını daha dəqiq yerinə yetirən Niderland millisi qarşılaşmada qalib gəlmişdir – 4:3.
Niderland yığmasının heyətində R.Van Persi, A.Robben, Sneyder, Kuyt zərbələri dəqiq yerinə yetirmişlər.
Kosta-Rika yığmasının futbolçularından C.Borges, G.Qonzales, S.Bolanyos zərbələri yerinə yetirməkdə dəqiq olsalar da, B.Ruiz və M.Umana fərqlənə bilməmişlər.
Niderland yığması yarımfinalda Argentina millisi ilə mübarizə aparacaqdır.
Görüşü özbəkistanlı hakimlər briqadası idarə etmişdir. Baş hakim Ravşan İrmatovun yardımçıları Abdulhamidullo Rasulov və Bahadır Koçkarov olmuşlar.