İDMAN


Futbol üzrə millimizin baş məşqçisi vəzifəsinə namizədlərin siyahısı yaxın günlərdə hazırlanacaq

Bakı, 8 dekabr, AZƏRTAC

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərin siyahısı yaxın günlərdə hazırlanacaq. Məşqçinin yerli və ya əcnəbi mütəxəssis olacağını indidən deyə bilmərəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Baş katib qeyd edib: "Vaxtımız azdır. Gələn ilin martında “Avro 2020”nin seçmə mərhələsinin oyunlarına start veriləcək. Əvvəlcə hədəflərimizi müəyyənləşdirməliyik. “Avro 2020”nin final mərhələsi bizim üçün çox önəmlidir. Belə ki, ölkəmiz turnirin dörd oyununa ev sahibliyi edəcək. Milli komandamız “Avro 2020”nin final mərhələsinə vəsiqə qazanarsa, doğma meydanda iki oyun keçirə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.