İDMAN


“Futbola qoşul” onlayn qeydiyyat proqramı ilə bağlı treninqlər keçiriləcək

Bakı, 13 iyun, AZƏRTAC

Hər il olduğu kimi, cari mövsümün sonunda növbəti - 2019-2020-ci il mövsümünə hazırlıq məqsədilə klublarla görüşlər keçiriləcək.

AZƏRTAC xəbər verir ki, oğlanlar, qızlar, həvəskarlar və futzal liqalarındakı komandaların rəhbərləri və onlayn qeydiyyatı aparacaq şəxslərlə keçiriləcək görüşlərdə məqsəd onlayn qeydiyyat sisteminin əsasnaməsi, qeydiyyatın başlama və son tarixləri, dəyişən qaydalar və sənədlər haqda məlumatın verilməsidir.

2009-cu ilin yanvarında AFFA futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin qeydiyyat sistemini yaradıb. 2016-2017-ci il mövsümündən “Futbola qoşul” onlayn qeydiyyat proqramı tətbiq olunub. 2017-2018-ci il mövsümündən etibarən isə “Futbola qoşul” onlayn qeydiyyat proqramı vasitəsilə yarışlara qatılan hər bir klub qeydiyyatdan özü keçir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.