İDMAN


Futbolçumuz Fuad Bayramov Polşa birinciliyində dubl edib

Bakı, 3 may, AZƏRTAC

Futbolçumuz Fuad Bayramov çıxış etdiyi Polşanın “Ostroveç-Şventokşisi” klubunda dubl edib.

AZƏRTAC xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi üçüncü liqanın dördüncü qrupunda autsayder “Hetman”la görüşdə iki qol vurub.

F.Bayramov 12-ci və 45+1-ci dəqiqələrdə rəqib qapısına yol tapıb.

Qeyd edək ki, “Ostroveç-Şventokşisi” hazırda 47 xalla turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.