İDMAN


Futbolçumuzun çıxış etdiyi “Aleksandriya” klubunda koronavirusa kütləvi yoluxma halı qeydə alınıb

Bakı, 16 oktyabr, AZƏRTAC

Ukraynanın “Aleksandriya” futbol klubunun kollektivi növbəti dəfə koronavirus testindən keçib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Pavel Paşayevin çıxış etdiyi komandada son 2 gündə koronavirusa kütləvi yoluxma halı qeydə alınıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə 27 nəfərdə infeksiya aşkarlandığı diqqətə çatdırılıb. Onlardan 15-i evlərində karantinə alınıb, 11-i ailə həkiminin nəzarəti altında, 1-i isə xəstəxanada müalicə alır.

Koronavirusa yoluxan bütün futbolçuların temperaturunun normal olduğu, onlarda simptomların müşahidə olunmadığı bildirilir.

Qeyd edək ki, “Aleksandriya” oktyabrın 18-də Ukrayna Premyer Liqasının 6-cı turu çərçivəsində “İnqulets” klubu ilə qarşılaşmalıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.