İDMAN


Futvolleyçilərimiz Niderlandda beynəlxalq turnirə qatılacaqlar

Bakı, 6 dekabr, AZƏRTAC

Gələn il yanvarın 3-dən 6-dək Niderlandın Qroningen şəhərində futvolley üzrə beynəlxalq turnir keçiriləcək.

Azərbaycan Futvolley Federasiyasının (AFF) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yarışda 16 ölkədən 22 komanda mübarizə aparacaq. Turnirdə yaxın keçmişdə dünyanın məşhur futbolçularından olan Frank De Bur da yarışacaq. Digər tanınmış futbolçuların iştirakı da istisna deyil.

Beynəlxalq turnirdə Azərbaycan komandası Feyar Hüseynov və Namiq İsgəndərovla təmsil olunacaq.

Qeyd edək ki, yarışdan öncə Avropa Futvolley Federasiyasının illik yekun iclası keçiriləcək. Tədbirdə Azərbaycan Futvolley Federasiyasının baş katibi Əfqan Həmzəyev də iştirak edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.