İDMAN


Futzal üzrə Azərbaycan millisi Moldova yığması ilə qarşılaşacaq

Bakı, 23 oktyabr, AZƏRTAC

2020-ci ildə keçiriləcək dünya çempionatının əsas mərhələsi çərçivəsində futzal üzrə Azərbaycan milli komandası bu gün ilk oyununu keçirəcək.

AZƏRTAC xəbər verir ki, komandamız saat 20:00-da Bakı İdman Sarayında Moldova futzalçıları ilə qarşılaşacaq. "İdman TV"dən canlı yayımlanacaq oyunu çexiyalı baş hakim Ondrey Çerny idarə edəcək. Ona latviyalı İngus Puriņş və almaniyalı İngo Heemsoth kömək edəcəklər.

Turun digər oyununda isə Monteneqro və Slovakiya komandaları üz-üzə gələcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.