İDMAN


Futzal üzrə Azərbaycan millisi ilə qarşılaşacaq Özbəkistan yığmasının heyəti açıqlanıb

Bakı, 18 yanvar, AZƏRTAC

Yanvarın 21-də və 22-də Bakı İdman Sarayında futzal üzrə Azərbaycan millisi ilə yoldaşlıq oyununda qarşılaşacaq Özbəkistan yığmasının heyəti açıqlanıb.

AZƏRTAC Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, təlim-məşq toplanışına başlayan rəqib yanvarın 19-dək Daşkənddə hazırlıq keçəcək. Komanda Bakıya yanvarın 19-da gələcək və 23-dək paytaxtımızda qalacaq.

Baş məşqçi Bahodir Ahmedov 20 futzalçıya dəvət göndərib ki, onlardan 4-ü qapıçıdır. Heyətdə qapıçılar - Rustam Umarov (AGMK), Ravşan Eliboyev (Paxtakor), Klim Tyugaev və Abbos Elmuradov (hər ikisi Lokomotiv), oyunçular - Anasxon Rahmatov, İxtiyar Ropiyev, Maşrab Adilov, İlham Hamroev, Husniddin Nişonov, Dilşad Rahmatov, Əkbər Usmanov (hamısı AGMK), Davron Çoriyev, Dilmurod Şavkatov (hər ikisi Paxtakor), Sunnatilla Jorayev (Nasaf), Konstantin Sviridov, Javlon Anorov (hər ikisi Maksam-Çirçiq), Artur Yunusov, Abdulla Solihov (hər ikisi Lokomotiv), Xuşnur Erkinov (Sogdiyona) və Şohzod Sadiyev (Dinamo) yer alıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.