İDMAN


Futzal üzrə Azərbaycan millisi indiyədək Avropa çempionatlarının final mərhələsində 6 qələbə qazanıb

Bakı, 14 yanvar, AZƏRTAC

Futzal üzrə Avropa çempionatının final mərhələsində iştirak edəcək 16 komandadan dördü – Finlandiya, Bosniya və Herseqovina, Slovakiya və Gürcüstan debütantdır. Qalan 12 milli müxtəlif illərdə qitə birinciliyinin final mərhələsində iştirak edib. Təbii ki, ən çox çempionluq sevincini isə İspaniya millisi yaşayıb – 7 dəfə. İtaliya 2, Rusiya və Portuqaliya hərəyə bir dəfə çempionluq kubokunu başı üzərinə qaldırıb.

AZƏRTAC Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, milli komandamız qitə birinciliyinin final mərhələsində 2010-cu ildən iştirak etməyə başlayıb. Millimiz indiyədək final mərhələlərində 15 oyun keçirib. Bu matçların 6-da qələbə qazanan komandamız 18 xal toplayıb. Serbiya da millimiz qədər xal toplayıb, lakin onlar 2 oyun az keçirib. Siyahıya isə İspaniya başçılıq edir. Bu komanda son 5 qitə birinciliyində digər komandalardan daha çox oyun keçirib. Daha doğrusu, bütün mərhələlərdə iştirak edib.

Qeyd edək ki, yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək Avropa çempionatının final mərhələsində Azərbaycan millisi D qrupunda mübarizə aparacaq. Yığmamız yanvarın 22-də Gürcüstan, dörd gün sonra İspaniya, ayın 29-da isə Bosniya və Herseqovina ilə qarşılaşacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.