İDMAN


Futzal üzrə Azərbaycan millisinin dünya çempionatının elit-raund mərhələsi üçün heyəti açıqlanıb

Bakı, 24 yanvar, AZƏRTAC

Futzal üzrə Azərbaycan milli komandasının dünya çempionatının elit-raund mərhələsi üçün heyəti açıqlanıb.

AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, heyətdə Rövşən Hüseynli, Rizvan Fərzəliyev, İsa Atayev, Amir Şojaei, Ramiz Çovdarov, Xətai Bağırov (“Araz”), Emin Kürdov (“EKOL”), Oliveira Da Nasimento, Conathan Luiz De Angelis (“Alarabi Sportinq Club”, Küveyt), Rafael Vilela (“Palma”, İspaniya), Eduardo Borges (“ACCS Futsal Club Paris”, Fransa), Tiaqo Telles Martins (“Norilsk Nikel”, Rusiya), Eşaq Soorqali (“Azaraxş”, İran), Everton Kardoso (“Levante”, İspaniya) yer alıblar.

Yanvarın 25-dən fevralın 2-dək Xorvatiyanın Osiek şəhərində təlim-məşq toplanışında olacaq milli komandamız rəsmi oyunlar keçirəcək. Komandamız elit-raund mərhələsində Xorvatiya (29 yanvar), Rusiya (30 yanvar) və Slovakiya (1 fevral) seçmələri ilə mübarizə aparacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.