İDMAN
Futzal üzrə Azərbaycan millisinin iki üzvü Bosniya və Herseqovina ilə oyunda iştirak etməyəcək
Bakı, 29 yanvar, AZƏRTAC
Yanvarın 29-da futzal üzrə Azərbaycan milli komandası Avropa çempionatının final mərhələsinin D qrupu çərçivəsində sonuncu oyununu keçirəcək.
AZƏRTAC xəbər verir ki, Bakı vaxtı ilə saat 18:30-da start götürəcək görüş Niderlandın paytaxtı Amsterdam şəhərindəki “Ziggo Dome” arenada baş tutacaq. Qarşılaşma İctimai Televiziya (İTV) vasitəsilə canlı yayımlanacaq.
Emin Kürdov və Xətai Bağırovun verdikləri koronavirus testlərinin nəticəsi yenidən pozitiv çıxdığı üçün onlar bugünkü matçda da iştirak etməyəcəklər və yeddi gün ərzində karantində qalacaqlar.
Həkim Fuad Səfərov və məşqçi Ağakərim Həsənovla bağlı sənədləşmə isə düzgün aparılmayıb. Nəticədə onlardan yenidən PCR test götürülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:32]
Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub
- 25.04.2024 [17:14]
Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb
- 25.04.2024 [17:01]
Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb
- 25.04.2024 [16:34]
Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb
- 25.04.2024 [16:27]
Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar
- 25.04.2024 [16:22]
“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik
- 25.04.2024 [14:12]