İDMAN


Futzal üzrə Azərbaycan millisinin təlim-məşq toplanışı davam edir

Bakı, 26 yanvar, AZƏRTAC

Təlim-məşq toplanışını Bakı İdman Sarayında davam etdirən futzal üzrə Azərbaycan milli komandası yanvarın 26-da taktiki çalışmalar yerinə yetirib.

AZƏRTAC xəbər verir ki, karyerasını ölkə xaricində davam etdirən Tyaqo, Eduardo Borges, Kardoso Everton və Rafael Vilela da komandaya qoşulublar.

Yüngül zədəsi olan İsa Atayev artıq yığma ilə birgə məşq edir. Əvəzində Fineo De Araujo zədələnib və millinin həkimi onun qarşıdakı 2 oyunda komandaya kömək edə bilməyəcəyini bildirib.

Qeyd edək ki, yanvarın 29-da millimiz Slovakiya yığmasını Bakı İdman Sarayında qəbul edəcək. Görüş saat 18:00-da start götürəcək. Fevralın 2-də isə futzalçılarımız Yunanıstan seçməsinin qonağı olacaqlar. Matç Afinadakı “Daiss Sports Hall”da Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.