İDMAN


Futzal üzrə FIFA refersi Knyaz Əmiraslanov beynəlxalq turnirə təyinat alıb

Bakı, 14 oktyabr, AZƏRTAC

Futzal üzrə FIFA refersi Knyaz Əmiraslanov beynəlxalq turnirə təyinat alıb.

AZƏRTAC xəbər verir ki, K.Əmiraslanov qadın futzalçılardan ibarət komandalar arasında Avropa çempionatının əsas mərhələsinin üçüncü qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.

Ukrayna, Finlandiya, Çexiya və Belçika milli komandalarının mübarizə aparacağı bu qrupun oyunları oktyabrın 20-dən 25-dək Ukraynada təşkil olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.