İDMAN


Futzal üzrə Polşa–Azərbaycan oyununun məkanı müəyyənləşib

Futzal üzrə Polşa–Azərbaycan oyununun məkanı müəyyənləşib

Bakı, 28 yanvar, AZƏRTAC

Futzal üzrə dünya çempionatının əsas mərhələsi çərçivəsində martın 7-də keçiriləcək Polşa–Azərbaycan oyununun məkanı müəyyənləşib.

AZƏRTAC Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, Qarşılaşma Koşalin şəhərindəki idman zalında baş tutacaq. Bu matç 6-cı qrupun sonuncu görüşü olacaq. Oyunun başlama saatı hələ açıqlanmayıb. Bunadək Azərbaycan millisi Bakıda Yunanıstan yığmasını qəbul edəcək. Martın 3-də saat 20:00-da başlayacaq oyun Bakı İdman Sarayında keçiriləcək.

Əsas mərhələdə 2 oyun keçirmiş millimiz maksimum xalla turnir cədvəlinə başçılıq edir. Komandamız ötən ilin oktyabrında Bakıda Polşanı 4:3, səfərdə isə Yunanıstanı 7:0 hesabı ilə üstələyib. Polşa yığması isə 3 oyun keçirib. Yunanıstan yığmasını hər iki oyunda məğlub edən polşalılar yeganə məğlubiyyəti millimizdən alıb. Polşa–Azərbaycan oyunu qrup qalibini müəyyənləşdirmək baxımından əhəmiyyətli hesab olunur. Oyunda komandamıza heç-heçə də sərf edəcək.

 

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.