İDMAN


Futzal üzrə Yüksək Liqanın XV turunun oyun cədvəli açıqlanıb

Bakı, 14 fevral, AZƏRTAC

Futzal üzrə Yüksək Liqanın XV turunun oyun cədvəli açıqlanıb.

AZƏRTAC Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, qış fasiləsi fevralın 20-də başa çatacaq. Turun bütün oyunları “Olimpik Star”da keçiriləcək.

İlk görüş saat 12:00-da start götürəcək. “Premier Quba” komandası “Xızı”nı qəbul edəcək.

Tur çərçivəsində “Neftçi”–“Bakı”, “Marafon”–“Araz”, EKOL–“Baku Fire” və “Record club”–“Yasamal” oyunları təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.