İDMAN


Futzal üzrə millimiz Serbiya yığması ilə yoldaşlıq oyununda gücünü sınayıb

Bakı, 17 aprel, AZƏRTAC

Futzal üzrə Azərbaycan milli komandası Serbiya yığması ilə növbəti yoldaşlıq oyunu keçirib.

AZƏRTAC xəbər verir ki, qarşılaşmadan əvvəl “Ekonomaç” klubunun prezidenti və baş məşqçisi vaxtilə bu komandanın formasını geyinmiş millimizin üzvü Vitali Borisova xatirə hədiyyəsi təqdim edib. Oyun isə rəqibin 7:5 hesablı qələbəsi ilə başa çatıb. Thaqo Telesin dubl etdiyi görüşdə komandamızın digər qollarını İsa Atayev, Fineo de Araujo və Ramiz Çovdarov vurublar.

Qeyd edək ki, komandalar arasında keçirilmiş ilk oyunda millimiz 2:1 hesabı ilə qələbə qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.