İDMAN


Futzal üzrə millimiz yoldaşlıq oyunları keçirəcək

Bakı, 15 avqust, AZƏRTAC

Futzal üzrə Azərbaycan milli komandasının avqustun 15-dən 24-dək Bakıda, 25-dən 28-dək isə Belarusun Minsk şəhərində təlim məşq toplanışı olacaq.

AFFA-dan AZƏRTAC-a bildiriblər ki, yığmamız hazırlıq çərçivəsində avqustun 26-da və 28-də Belarus milli komandası ilə iki yoldaşlıq oyunu keçirəcək. Toplanışa Vitali Borisov, Ramiz Çovdarov, İsa Atayev, Rövşən Hüseynli, Oktay Rüstəmli, Nihad İsmayılov, Xətai Bağırov, Cesar De Angelis Zhohnatan Luiz, Teles Martins Thiago, Rizvan Fərzəliyev, Fernandes Da Silva S Amadeu, Emin Kürdov və Poletto Fabio Jose dəvət alıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.