İDMAN


Futzal üzrə millimizin baş məşqçisi “Avro-2022”nin püşkatma mərasimində iştirak edəcək

Bakı, 12 oktyabr, AZƏRTAC

Oktyabrın 18-də futzal üzrə Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi keçiriləcək.

AZƏRTAC Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, Niderlandın Zeist şəhərində təşkil olunacaq tədbirdə ölkəmizi milli komandanın baş məşqçisi Joze Alesio Da Silva və komandanın meneceri Fərrux Hüseynzadə təmsil edəcəklər.

Püşkatma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, çempionatın final mərhələsində ilk dəfə olaraq 16 komanda yarışacaq. İştirakçılardan 15-i məlumdur. Noyabrda Serbiya-Belarus arasında keçiriləcək pley-off oyunlarından sonra son iştirakçı da müəyyənləşəcək.

Qeyd edək ki, millimiz ardıcıl 6-cı dəfə Avropa çempionatının final mərhələsində gücünü sınayacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.