İDMAN


Futzal üzrə millimizin baş məşqçisi: Bu gün komandamın çıxışından razı qaldım

Bakı, 23 sentyabr, AZƏRTAC

Bu gün çox yaxşı oynadıq. Rəqibimiz son dünya çempionatının bürünc mükafatçısı, reytinq sıralamasında isə üst pillələrdə qərarlaşan komandadır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiyanın Həştərxan şəhərində təşkil olunan futzal üzrə “Caspian Cup-2019” turnirində İran yığması ilə qarşılaşan Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva deyib.

Braziliyalı mütəxəssis deyib: “İlk oyunda Rusiya ilə görüşdə ikinci hissəni yaxşı oynamışdıqsa, bu dəfə hər iki hissədəki çıxışımızdan razı qaldım. Narahat edən məqam yaratdığımız imkanları realizə edə bilməməyimizdir. On metrlik zərbəni qola çevirə bilmədik, əks-hücumlarda rəqibi azlıqda yaxalasaq da, üstünlüyümüzü hesaba daşıya bilmədik. Buna çox diqqət etməliyik. Rəqib son saniyələrdə qələbə topunu vurmağa yaxın oldu. Hələ görüləcək işlərimiz var”.

Qeyd edək ki, Azərbaycan-İran oyunu heç-heçə yekunlaşıb – 2:2. Millimiz ilk oyununda Rusiyaya 1:2 hesabı ilə məğlub olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.