REGİONLAR


Füzuli: 650 min ağacın əkilməsi ölkəmizdə yaşıllıqların daha da artırılmasına müsbət təsir göstərəcək

Füzuli, 6 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə füzulililər böyük coşqu ilə qoşulublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya da yüzlərlə rayon sakini könüllü olaraq iştirak edib.

Bayram əhval-ruhiyyəsində təşkil olunan bu genişmiqyaslı aksiya çərçivəsində qabaqcadan ağacların əkiləcəyi ərazilər müəyyənləşdirilib, həmin ərazilərdə şum aparılıb, çalalar qazılıb və sahələr gübrə verilərək əkinə hazırlanıb.

Füzuli Rayon İcra Hakimiyyəti rəhbərliyinin də iştirak etdiyi aksiyada müxtəlif növ meyvə tingləri əkilib.

Aksiya Füzuli Dövlət Dram Teatrın aktyorların çıxışları və musiqi sədaları ilə davam edib.

Dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə ölkəmizdə 650 min ağacın əkilməsi təşəbbüsü ilə bağlı keçiriləcək ağacəkmə kampaniyası respublikanın bütün regionlarını əhatə edir.

650 min ağacın əkilməsi ölkəmizdə yaşıllıqların daha da artırılmasına müsbət təsir göstərəcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu il “Nəsimi ili” elan olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.