REGİONLAR


Füzuli: Baramaçılığın inkişafı məqsədilə 50 min ədəd tut tingi əkilib

Füzuli, 8 dekabr, AZƏRTAC

Baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə Çindən ölkəmizə gətirilən 1 milyon ədəd tut tingindən 20 mini Füzuli rayonuna verilib.

Füzuli Rayon İcra Hakimiyyətinin sosial-iqtisadi inkişafin təhlili və proqnozlaşdırılması şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bölgü əsasında təsərrüfatlara, barama istehsalçılarına əvəzsiz olaraq paylanılan tinglərin əkini artıq başa çatıb. Tut tingləri Çin texnologiyası əsasında əkilib. Sahələrin hazırlanması və əkin işləri mütəxəssislərin nəzarəti altında aparılıb. Bundan əlavə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən 30 min ədəd yerli tut tinginin əkilməsi də həyata keçirilib.

Qeyd edək ki, baramaçılıq 1970-1980-ci illərdə Füzuli rayonunda ən inkişaf etmiş və gəlirli sahələrdən olub. 1993-cü ildə rayonun işğal olunması ilə tənəzzülə uğrayan baramaçılıq 2016-cı ildə yenidən bərpa edilməyə başlanılıb. Həmin il rayonda 4 ton, 2017-ci ildə 24,3 ton, 2018-ci ildə isə 37,5 ton barama istehsal olunub. İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2017-ci illərdə rayon ərazisində 79 min ədəddən çox tut tingi əkilib. Rayon ərazisindəki mövcud və yeni əkilən tut ağacları, əhalinin baramaçılıq sahəsindəki təcrübəsi, həmçinin bu sahənin gəlirli olması barama istehsalını artırmağa imkan verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.