REGİONLAR


Füzuli Dövlət Dram Teatrı yeni şou-proqramla çıxış edir: “Könlüm bahar istəyir”

Füzuli, 13 mart, AZƏRTAC

Füzuli Dövlət Dram Teatrı Novruz bayramı münasibətilə “Könlüm bahar istəyir” adlı şou-proqrama start verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, martın 12-dən rayonun işğaldan azad olunmuş kəndlərində və məcburi köçkünlər üçün salınmış qəsəbələrdə, ərazidəki hərbi hissələrdə təqdim olunan proqramın ssenari müəllifi teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev, quruluşçu rejissoru Əməkdar artist Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanovdur.

Novruzun əsas personajları Kosa və Keçəlin, el ağsaqqalı Dədə Qorqudun iştirak etdiyi şou-proqramda aktyorların ifasında şən və vətənpərvərlik mahnıları da ifa olunur.

“Könlüm bahar istəyir” şou-proqramı rayon sakinləri, əsgər və zabitlər tərəfindən maraqla qarşılanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.