CƏMİYYƏT


Füzuli Musayev Azərbaycan Ciu–Citsu Federasiyasının vitse–prezidenti seçilib

Bakı, 19 iyun, AZƏRTAC 

İyunun 19-da Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubunda Azərbaycan Ciu–Citsu Federasiyasının idarə heyətinin iclası olub.

AZƏRTAC xəbər verir ki, federasiyanın prezidenti Mirəli Seyidov çıxışında hüquq-mühafizə orqanları arasında idman əlaqələrinin və əməkdaşlığın yaradılması, bu orqanlarda peşə hazırlığının tərkib hissəsi olan xidməti–tətbiqi idman növlərinin inkişaf etdirilməsi və beynəlxalq miqyaslı tədbirlərdə layiqincə təmsil olunması məqsədilə müvafiq departamentin yaradılması məsələləri müzakirə edilib.

Tədbirdə FHN-in İdman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev federasiyanın vitse–prezidenti vəzifəsinə namizədliyi təklif olunub.

Səsvermə nəticəsində F.Musayev Azərbaycan Ciu–Citsu Federasiyasının vitse–prezidenti və yeni yaradılan departamentin rəhbəri seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.