REGİONLAR
Füzuli rayonunda 135 arıçıya subsidiya verilib
Füzuli, 2 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Füzuli rayonunda arıçılıqla məşğul olan 135 arıçıya saxladıqları 2211 arı ailəsinə görə dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə 10 manat hesabı ilə 22 min 110 manat subsidiya verilib.
Füzuli Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, rayonun işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatının digər sahələri kimi arıçılıq da inkişaf edir. Arıçılıqla məşğul olanların və arı ailələrinin sayı ilbəil artır. Dövlətin bu sahəyə göstərdiyi qayğı, eləcə də hər arı pətəyinə görə subsidiya ayrılması bu sahəyə marağı daha da artırıb.
Qeyd edək ki, ötən il Füzuli rayonunda arıçılıqla məşğul olan 120 arıçıya saxladıqları 1431 arı ailəsinə görə dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə 10 manat hesabı ilə 14 min 310 manat subsidiya ödənilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]