REGİONLAR


Füzuli rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 98-ci ildönümü qeyd edilib

Füzuli, 28 aprel, Aydın Yavərzadə, AZƏRTAC

Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Füzuli Tibb Mərkəzində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümü qeyd edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, karantin qaydalarına uyğun keçirilən tədbirdə əvvəlcə Zərifə xanım Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra çıxış edənlər görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın tibb elmində qazandığı uğurlardan, dövlət xadimi kimi fəaliyyətindən söz açıblar. Bildirilib ki, nümunəvi həyat yoldaşı, qayğıkeş ana olan Zərifə xanımın əsl Azərbaycan xanımı siması yaddaşlara əbədi həkk olunub. Zərifə xanımın keçdiyi mənalı həyat yolu, oftalmologiya elminin inkişafına verdiyi töhfələr, yüksəkixtisaslı səhiyyə kadrları hazırlanmasındakı xidmətləri danılmazdır.

Çıxış edənlər bildiriblər ki, Zərifə Əliyeva yüksək vətəndaşlıq mövqeyi, insanlara diqqət və qayğısı sayəsində xalqımızın sevgisini qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.