CƏMİYYƏT
Füzuli rayonunda əkin sahəsində tank əleyhinə minanın gövdəsi aşkarlanıb
Bakı, 21 aprel, AZƏRTAC
Aprelin 21-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) ekspertləri Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin və Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzi sisteminin məlumatları əsasında Füzuli rayonunun Qaraxanbəyli kəndində minalardan təmizləmə əməliyyatı aparıblar.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, əməliyyat nəticəsində bir əkin sahəsinə baxış keçirilib, 1 tank əleyhinə “TM-62M” minasının boş gövdəsi aşkar edilərək götürülüb. Ümumilikdə 670 kvadratmetr ərazi yoxlanılıb.
Yanvarın 1-dən aprelin 21-dək agentlik tərəfindən 5132 partlamamış hərbi sursat, tank əleyhinə 107 mina və piyada əleyhinə 9 mina aşkar olunaraq zərərsizləşdirilib. Cəmi 2 milyon 104 min 871 kvadratmetr ərazi yoxlanılıb.