REGİONLAR


Füzuli rayonunda payızlıq səpin üçün indiyədək 24 min 300 hektar sahədə şum qaldırılıb

Füzuli, 24 avqust, AZƏRTAC

Taxıl zəmilərindən bol məhsul götürən Füzuli fermerləri payızlıq əkinlər üçün mühüm aqrotexniki tədbir olan yay şumunun aparılmasını davam etdirirlər.

Füzuli Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, gələcək yüksək məhsuldarlıqda yay şumunun əhəmiyyətini xüsusi qiymətləndirən fermerlər və torpaq mülkiyyətçiləri bu işin vaxtında və keyfiyyətlə başa çatdırılması üçün ciddi səy göstərirlər. Bu günədək rayonun təsərrüfatlarında 24 min 300 hektar sahədə şum qaldırılıb.

Qeyd edək ki, 2020-ci təsərrüfat ili üçün Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində 37 min 575 hektar sahədə taxıl becərilib, 118 min 31 ton məhsul əldə edilib. Məhsulun 92 min 379 tonu buğda, 25 min 652 tonu arpadır. Hər hektarın məhsuldarlığı orta hesabla 31,4 sentnerdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.