REGİONLAR
Füzuli rayonunda reyd zamanı üç obyektin fəaliyyəti dayandırılıb
Füzuli, 12 avqust, AZƏRTAC
Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində pandemiya ilə mübarizə tədbirləri davam etdirilir. Rayonda yaradılmış nəzarət qrupları tərəfindən davamlı olaraq reydlər keçirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ötən gün rayon ərazisində ümumilikdə 46 reyd keçirilib, qayda pozuntusuna yol verən üç obyektin fəaliyyəti dayandırılıb. Bunlardan ikisi ictimai iaşə, biri isə ticarət obyektidir. Aparılan reydlər zamanı 15 vətəndaşa xəbərdarlıq edilib.
Yaradılmış mobil qruplar rayonun Kərimbəyli, Aşağı Yağlıvənd və Böyük Bəhmənli kəndlərində əhali arasında maarifləndirmə işi də aparıblar. Qrup üzvləri kənd sakinlərinə ictimai yerlərdə, qapalı məkanlarda maskadan istifadə etməyin, sosial məsafəni gözləməyin, şəxsi gigiyena qaydalarına ciddi əməl olunmasının vacibliyini bir daha izah ediblər. Sakinlərə özlərində virusa aid simptomlar hiss etdikləri zaman dərhal Təcili Tibbi Yardıma müraciət etmələri tövsiyə olunub .
Ərazidə aparılan marifləndirmə tədbirlərində rayon könüllüləri fəal iştirak edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [15:42]
Sumqayıt rəssamları Şuşaya səfər ediblər
- 23.04.2024 [14:43]
Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib
- 23.04.2024 [14:14]
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO
- 23.04.2024 [13:57]
Ali Məclisin komitə iclasında Nazirlər Kabinetinin hesabatı təqdim edilib
- 23.04.2024 [12:58]
Bağanis Ayrımın ən yaşlı sakini: Kəndimizə qayıdan kimi qurban kəsəcəyəm
- 23.04.2024 [10:46]
“Chevrolet”lə “Tofaş” toqquşdu - 2 ölü, 2 yaralı
- 23.04.2024 [10:18]