REGİONLAR


Füzuli rayonunda şəkər çuğunduru yığımına başlanılıb

Füzuli, 11 sentyabr, AZƏRTAC

Cəbhə bölgəsində yerləşən Füzuli rayonunda torpaq mülkiyyətçiləri və fermerlər şəkər çuğunduru yığımına başlayıblar.

Füzuli Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, şəkər çuğunduru rayonda becərilən əsas kənd təsərrüfatı bitkilərindən biridir. Vacib texniki bitki hesab edilən şəkər çuğundurundan həm şəkər istehsalı üçün, həm də heyvandarlıqda yem kimi istifadə olunur.

Bu il rayon üzrə 270 hektar sahədə şəkər çuğunduru becərilib. Hazırda şəkər çuğundurunun yığımı davam edir. Əldə edilən məhsul İmişli şəkər zavoduna təhvil verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.