REGİONLAR


Füzuli rayonunda uşaq bağçalarının açılması ilə əlaqədar hazırlıq işləri görülür

Füzuli, 9 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” 2020-ci il 29 avqust tarixli Qərarına əsasən, bu il sentyabrın 15-dən respublika üzrə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin - dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib. Uşaq bağçalarının fəaliyyəti ancaq mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə mümkündür. Bununla əlaqədar Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, icra hakimiyyətinin tabeçiliyində olan 33 uşaq bağçasında müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə dezinfeksiya işləri aparılıb. Bağçaların işçi heyəti hazırkı şəraitdə işləmək qaydaları ilə bağlı təlimatlandırılıb.

Uşaq bağçalarının açılışına hazırlıqla əlaqədar geniş təmizlik, tibbi-profilaktik işlər görülür. Otaqların havalandırılmasına, mətbəx və sanitar qovşaqlara diqqət artırılacaq, mütəmadi olaraq dezinfeksiya işləri aparılacaq.

Rayonda uşaq bağçaları fəaliyyətə başladıqdan sonra xüsusi karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində işləyəcək. Hər gün bağçaya gələn işçi heyəti və uşaqların temperaturu ölçüləcək, tərbiyəçilər tez-tez valideynlərlə əlaqə saxlayacaqlar. Sanitar-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.