SİYASƏT


Füzuli rayonunun Alxanlı kəndi ərazisində bir ədəd ağ fosfor tərkibli top mərmisi zərərsizləşdirilib VİDEO

Füzuli, 18 noyabr, M.Əlioğlu, foto R.Mehdiyev, AZƏRTAC

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) qrupları dünən axşam saatlarında Füzuli rayonunun Alxanlı kəndi ərazisində bir ədəd tüstülü ağ fosfor tərkibli 122 millimetrlik top mərmisi aşkarlayıblar. Həmin mərmi bu gün zərərsizləşdirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə ANAMA-nın direktoru Qəzənfər Əhmədov bildirib.

Qəzənfər Əhmədov qeyd edib ki, bu, Ermənistan silahlı qüvvələri tərəfindən atılan ağ fosfor tərkibli sursatdır. Ermənistan tərəfindən birinci dəfə oktyabrın 8-də Füzuli rayonu ərazisinə ağ fosfor tərkibli sursat atılmışdı. Biz onu aşkar etmişdik. Daha sonra Tərtər rayonunun Səhləbad kəndinə noyabrın 4-də və 5-də iki ədəd ağ fosfor tərkibli sursat atılmışdı. Bundan əvvəl isə 2016-cı ilin mayında Tərtərin Əskipara kəndində bir ədəd ağ fosfor tərkibli 122 millimetrlik mərmi aşkarlanmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.