REGİONLAR
Füzuli rayonunun Hüseynbəyli kəndi
Bakı, 27 noyabr, AZƏRTAC
Füzuli rayonunun Hüseynbəyli kəndi Araz çayının sol sahilində, Mil düzündə yerləşir. Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı - əkinçilik, maldarlıq və heyvandarlıq olub.
Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 7 fevral tarixli Qərarı ilə Füzuli rayonunun Hüseynbəyli kəndi dəqiqləşdirmə qaydasında Mirzəcamallı kənd sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir.
Doxsan evdən ibarət olan kənd 1993-cü ildə Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər. Hüseynbəyli kəndi Vətən müharibəsində düşməni darmadağın edən rəşadətli Azərbaycan Ordusu tərəfindən 2020-ci il noyabrın 9-da işğaldan azad edilib.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış kəndin görüntülərini təqdim edir.