CƏMİYYƏT


Füzuli rayonunun Mirzənağılı kəndi ərazisində hərbi sursat aşkarlanıb

Bakı, 1 avqust, AZƏRTAC

Avqustun 1-də saat 10:31-də Daxili İşlər Nazirliyinin 102 Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Füzuli rayonunun Mirzənağılı kəndi ərazisində mərmi tapılması barədə məlumat daxil olub.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən Agentliyin mobil əməliyyat və xüsusi təlim keçmiş partladıcı axtaran itlərdən ibarət kinoloji qrupları, Füzuli Rayon Polis Şöbəsinin və rayon mərkəzi xəstəxanasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və polis əməkdaşları ərazidə bir evə və həyətyanı sahəyə baxış keçiriblər. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən təcrid olunub.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 12,7 millimetrlik patron və partlamış 122 millimetrlik 9M22U raketinin arxa motor hissəsi aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Patronun və raketin tapıldığı yerin ətrafında 400 kvadratmetrə yaxın əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.