REGİONLAR


Füzuli rayonunun ictimaiyyəti Silahlı Qüvvələr Gününü hərbçilərlə birgə qeyd edib

Füzuli, 26 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC

Füzuli rayonunun ictimaiyyəti Silahlı Qüvvələr Gününü rayon ərazisindəki hərbi hissədə əsgər və zabitlərlə birgə qeyd edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edənlər əsgər və zabitləri Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının ildönümü münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıblar. Azərbaycanda ordu quruculuğunun ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu deyən natiqlər son illərdə Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növləri üzrə inkişaf edərək qüdrətləndiyini diqqətə çatdırıblar. Bildirilib ki, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ordunun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası möhkəmləndirilib, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Regionun ən qüdrətli silahlı qüvvəsinə çevrilən Azərbaycan Ordusu hər an düşmənə layiqli cavab vermək əzmindədir.

Çıxışlarda işğal altındakı ərazilərimizin tezliklə azad ediləcəyinə, əzəli torpaqlarımızdan didərgin düşmüş həmvətənlərimizin öz ata-baba yurdlarına qayıdacaqlarına və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminlik ifadə edilib.

Tədbir rayonun mədəniyyət və incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.