SİYASƏT
Füzuli sakini: Şanlı Azərbaycan Ordusu düşmənə elə zərbələr vurur ki, bir də çətin özünə gələ bilsin
Füzuli, 30 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Cəbhədə baş verən erməni təxribatının qarşısını alan şanlı Azərbaycan Ordusu düşmənin üzərində böyük üstünlüyə malikdir. Hər bir Füzuli sakini odumuzdan qələbə xəbəri gözləyir.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Füzuli rayon Qaraxanbəyli kənd sakini Əbdülqəni Hümbətov bildirib.
Gənclərimizin vətənpərvərlik ruhunun yüksək olduğunu vurğulayan Ə.Hümbətov bunun hər bir insana qürur yaşatdığını deyib: “Azərbaycan gənci bu gün düşmənə qarşı döyüşməyə canla-başla hazırdır. Ölkəmizdə qismən səfərbərlik olunub. Amma buna baxmayaraq, minlərlə gənc könüllü döyüşmək istəyir. Hər bir azərbaycanlı 30 ildir düşmən tapdağı altında olan doğma torpağımızı azad etmək üçün hazırdır. Şanlı Azərbaycan Ordusu düşmənə elə zərbələr vurur ki, bir də çətin özünə gələ bilsin. İnşallah Azərbaycan bayrağı işğaldan azad olunmuş torpaqlarımızda dalğalanacaq. O gün uzaqda deyil”.