REGİONLAR


Füzuli şəhərində ilk yaşayış məhəlləsinin tikintisinin bu ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur

Füzuli şəhərində ilk yaşayış məhəlləsinin tikintisinin bu ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur

Talış, 20 mart, Tahir Ağaməmmədov, AZƏRTAC

Builki Novruz bayramı bizim üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Talış kəndinə bir neçə gün əvvəl köçmüş sakinlər bayramı ilk dəfə öz doğma torpaqlarında, evlərində qeyd edirlər. Əlamətdar günlə əlaqədar kənddə gözəl bayram tədbiri təşkil olunub.

Bu sözləri Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Talış kəndində AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında deyib.

Qarabağ iqtisadi rayonunda həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumat verən E.Hüseynov bildirib ki, bu işlər “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində həyata keçirilir. Prosesin davamı olaraq, növbəti mərhələdə 158 ailənin Talış kəndinə köçürülməsi üçün quruculuq işləri davam edəcək. Bu işlərin qısa müddətdə başa çatdırılması planlaşdırılır. Ümumilikdə isə bu ilin sonunadək Füzuli şəhərində ilk yaşayış məhəlləsinin tikintisinin yekunlaşdırılması nəzərdə tutulur. Ağdam, Füzuli və Xocavənd rayonlarında bir sıra kəndlərdə artıq torpaq işlərinə başlanılacaq, bərpa-quruculuq işlərinə start veriləcək. Bir il, il yarım ərzində bu kəndlər də bərpa olunacaq və soydaşlarımız doğma torpaqlarına qayıdacaqlar. Talış kəndində olduğu kimi, digər kəndlərimizdə də sakinlər sağlam və firavan həyat sürəcəklər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.