REGİONLAR


Füzuli taxılçıları 36,2 min hektar sahədə səpin aparıblar

Füzuli, 4 dekabr, AZƏRTAC

Respublikamızın ən iri taxılçılıq rayonlarından olan Füzulidə fermer və torpaq mülkiyyətçiləri taxıl səpinini davam etdirirlər.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, gələn ilin məhsulu üçün 37 min hektarda taxıl səpilməsi nəzərdə tutulur. Artıq bu günədək 37 min hektar sahədə payızlıq şum qaldırılıb, 36 min 200 hektarda taxıl, o cümlədən 28 min 250 hektarda buğda, 7800 hektarda dən üçün arpa, 150 hektarda xəsil arpa səpilib. Səpin kampaniyasına lazımi qədər traktor, taxılsəpən aqreqat, mala və digər texnika cəlb edilib. Taxıl səpini həyata keçirilmiş sahələrin 3600 hektarı suvarılıb.

Qeyd edək ki, Füzuli rayonu respublikanın 100 min tondan çox taxıl istehsal edən rayonları sırasındadır. Bu il rayonda 36 min 964 hektar sahədə taxıl becərilib, 115 min tondan çox məhsul əldə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.