REGİONLAR


Füzuli taxılçıları 36 min 700 hektarda səpin aparıblar

Füzuli, 11 dekabr, AZƏRTAC

Respublikamızın ən iri taxılçılıq rayonlarından olan Füzulidə fermer və torpaq mülkiyyətçiləri taxıl səpinini başa çatdırıblar.

Füzuli Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 36 min 700 hektarda taxıl səpini həyata keçirilib. Bunun 28 min 25 hektarı buğda, 8675 hektarı arpa sahəsidir.

Qeyd edək ki, Füzuli rayonunda strateji məhsul olan taxılçılığın intensiv inkişafına xüsusi diqqət yetirilir. Füzuli yeddinci ildir ki, respublikanın 100 min tondan çox taxıl istehsal edən rayonları sırasındadır. Bu il rayonda 36 min 300 hektar sahənin biçini aparılıb, 108 min 217 ton məhsul əldə edilib. Taxıl istehsalında rayonda yaradılan dörd iri taxılçılıq və bir toxumçuluq təsərrüfatının, həmçinin aqroparkın böyük rolu var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.