REGİONLAR


Füzuli taxılçıları bu günədək 21 min 500 hektar sahədə biçin aparıblar

Füzuli, 25 iyun, AZƏRTAC

Cəbhə bölgəsində yerləşən Füzuli rayonunda taxıl biçininin mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması üçün bütün qüvvələr səfərbər edilib.

Füzuli Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, bu günədək 21 min 500 hektarda - arpa zəmilərinin hamısında, buğda sahələrinin isə 13 min 475 hektarında biçin aparılıb. Hər hektardan orta məhsuldarlıq buğda zəmilərində 31,2 sentner, arpa sahələrində isə 29,5 sentnerdir. Hazırda rayonda taxıl biçini sürətlə davam edir. Altı ildir 100 min tondan artıq məhsul istehsal edilən Füzuli rayonunda bu il də bol məhsulun tədarük olunacağı gözlənilir.

Qeyd edək ki, cari ilin məhsulu üçün Füzulidə 36 min 419 hektar sahədə taxıl bitkisi əkilib. Bunun 28 min 894 hektarı buğda, 8025 hektarı isə arpadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.