REGİONLAR
Füzulidə 20 Yanvar faciəsinə həsr olunan “Tarixləşən yaddaşımız” adlı səhnə əsəri nümayiş etdiriləcək
Füzuli, 13 yanvar, AZƏRTAC
Füzuli Dövlət Dram Teatrında 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü ilə bağlı “Tarixləşən yaddaşımız” adlı poetik xalq faciəsi hazırlanır.
AZƏRTAC xəbər verir ki, teatrın direktoru, Əməkdar Mədəniyyət İşçisi Vaqif Vəliyevin və ədəbi hissə müdiri Əfsanə Kərimovanın ssenarisi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Tamaşada 20 Yanvar şəhidlərinin obrazları canlandırılıb, onların şəhidlik tarixçəsi, keçdikləri şərəfli həyat yolu, gələcək arzuları səhnələşdirilib.
Tamaşa yanvarın 15-dən etibarən rayonun kənd və qəsəbələrində, ümumtəhsil məktəblərində, idarə və müəssislərdə təqdim olunacaq.